EN

Pavel Durovun “dostu” arvadı ilə birlikdə öldürüldü

Rusiyalı kripto-treyder Roman Novak və həyat yoldaşı Anna Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) öldürülüb.

NOCOMMENT.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ər-arvad hədə-qorxu ilə qaçırılıb, sonra isə öldürülüb.

Mənbələr şübhəlilərin artıq saxlanıldığını və onların Rusiya vətəndaşları olduğunu iddia edir. Lakin qətlə yetirilən ər-arvadın cəsədləri hələ də tapılmayıb.

78.ru əlavə edir ki, Annanın valideynləri Dubaya uçublar və azyaşlı nəvələrini vətənə gətiriblər

“Fontanka” xəbər verir ki, cütlüyün qohumları ilə əlaqəsi təxminən bir ay əvvəl kəsilib.

İstintaq Komitəsi “evli cütlüyün itkin düşməsi ilə bağlı” cinayət işinin açıldığını elan edib. İstintaq Komitəsinin məlumatına görə, oktyabrın 2-də cütlük Hatta şəhərində bəzi investorlarla görüşməyi planlaşdırıb. Şəxsi sürücü onları gölün yaxınlığındakı dayanacağa aparıb, bundan sonra kişi və qadın “başqa maşına keçərək təyin olunmuş görüşə yola düşüblər”. O vaxtdan bəri cütlükdən xəbər olmayıb.

Roman Novak sürətli kriptovalyuta köçürmələri üçün “Fintopio” proqramını yaradıb. Sonradan onu müxtəlif ölkələrdəki investorlardan toplanmış 500 milyon dolları mənimsəməkdə ittiham etdilər.

“Fontanka” xəbər verir ki, cənab Novak “dəfələrlə özünü Pavel Durovun dostu kimi təqdim edib”.

Baza telegram kanalı əlavə edir ki, o, “özünü Telegram-ın direktorlar şurasının üzvü və proqramın vitse-prezidentinin müavini İlya Perekopski kimi təqdim edib”.

Xatirə SADİQ

Chosen
56
nocomment.az

1Sources