EN

Avropa Komissiyası Rusiya vətəndaşları üçün viza qaydalarını sərtləşdirir

Avropa Komissiyası Rusiya vətəndaşları üçün viza qaydalarını sərtləşdirir.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında bildirilib.
Qeyd edilib ki, AK Rusiya vətəndaşları üçün viza qaydalarını sərtləşdirir və artıq çoxdəfəli giriş vizaları verilməyəcək.
Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas özünün “X” hesabında qeyd edib ki, Avropa İttifaqı Rusiya vətəndaşları üçün viza qaydalarını sərtəşdirib.

“Müharibəni başlatmaq və Avropada azad şəkildə hərəkət etməyi gözləməyə haqq qazandırmaq çətindir. Avropa torpağına qarşı təxribat və dron uçuşları fonunda Avropa İttifaqı Rusiya vətəndaşları üçün viza qaydalarını sərtləşdirir ", - Aİ rəsmisi qeyd edib.
Chosen
3
4
sherg.az

5Sources