EN

VTB (Azərbaycan) kredit kampaniyasına start verib!

(®) VTB (Azərbaycan) iki istiqamət üzrə — istehlak krediti və digər banklardakı kreditlərin birləşdirilməsi üzrə yenilənmiş təkliflərini təqdim edib.

Bu təkliflər müştərilərə maliyyə öhdəliklərini effektiv idarə etməyə və vəsait əldə etməyə əlverişli şərtlərlə imkan yaradır.

“Biz bank məhsullarını müştərilərimiz üçün maksimal dərəcədə rahat və şəffaf edirik. Gördüyümüz kimi, Azərbaycanda sərfəli və şəffaf kredit həllərinə tələbat artır və biz bu gözləntilərə cavab veririk. Yenidən maliyyələşdirmə şərtlərini borc yükünün azaldılması istiqamətində atılmış addım hesab edirik”, — deyə VTB (Azərbaycan)-ın Pərakəndə biznesin inkişafi departamentinin direktoru Yaşar Kərimov bildirib.

VTB (Azərbaycan) digər banklardan götürülmüş kreditləri daha sərfəli şərtlərlə birləşdirmək imkanı yaradır. Müddət — 59 ayadək, komissiyasız və əlverişli faiz dərəcəsi ilə.

Bank həmçinin aşağı faiz dərəcəsi və komissiya xərci olmadan uzunmüddətli istehlak krediti təklif edir. VTB (Azərbaycan) müştəriləri 300 manatdan 50 min manatadək məbləğdə, illik 10,49%-dən başlayan faizlə və komissiyasız nağd kredit rəsmiləşdirə bilərlər.

VTB (Azərbaycan) kredit məhsulları xəttini genişləndirməyə davam edir, şəffaflıq, sərfəli faiz dərəcələri və rahat xidmət prinsiplərinə önəm verir.

VTB (Azərbaycan) müştərilərinə 5 filialda xidmət göstərir və 50-dən çox bankomat şəbəkəsinə malikdir. Bank məhsulları, aksiyalar və kampaniyalar haqqında ətraflı məlumatı www.vtb.az saytından və ya əlaqə mərkəzinin 986 qısa nömrəsi ilə əldə etmək mümkündür.

ChatGPT said:VTB Azərbaycan kredit kampaniyası istehlak krediti kredit birləşdirmə yenidən maliyyələşdirmə nağd kredit faiz dərəcəsi komissiyasız kredit uzunmüddətli kredit VTB Bank Yaşar Kərimov pərakəndə biznes maliyyə idarəetməsi borcun azaldılması sərfəli kredit şəffaf şərtlər VTB filialları bank kampaniyası vtb.az 986 əlaqə mərkəzi.
Chosen
0
3
marja.az

4Sources