EN

"8 Noyabr Azərbaycan xalqının əyilməz ruhunun, sarsılmaz iradəsinin, dövlətinə və Prezidentinə sonsuz sədaqətinin rəmzidir" - DEPUTAT

"8 Noyabr Azərbaycan xalqının əyilməz ruhunun, sarsılmaz iradəsinin, dövlətinə və Prezidentinə sonsuz sədaqətinin rəmzidir" - DEPUTAT"8 Noyabr Zəfər Günü Azərbaycan xalqının tarixində ən şanlı, ən qürurlu səhifələrdən biridir. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı Zəfər hərbi, siyasi gücümüzün, milli birliyimizin, prezident-xalq-ordu həmrəyliyinin parlaq təntənəsidir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.

"8 Noyabr Azərbaycan xalqının əyilməz ruhunun, sarsılmaz iradəsinin, dövlətinə və Prezidentinə sonsuz sədaqətinin rəmzidir" - DEPUTATO, açıqlamasında qeyd edib ki, tarixi qələbəmiz dövlət başçımızın qətiyyətli siyasətinin, torpaqlarımızın azadlığı, şəhidlərimizin müqəddəs qanı və qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində qazanıldı:

"8 Noyabr Azərbaycan xalqının əyilməz ruhunun, sarsılmaz iradəsinin, dövlətinə və Prezidentinə sonsuz sədaqətinin rəmzidir.

Qazandığımız qələbənin böyüklüyünü, əzəmətini dərk etmək üçün hesab edirəm ki, son beş ildə regionda baş verən geosiyasi və geoiqtisadi proseslərə diqqət ayırmaq kifayətdir. Məhz 44 günlük Vətən Müharibəsinin hökmü ilə Cənubi Qafqazda bir çağ sona çatdı, yeni bir çağ başladıldı. Bu regionda tarixin seyrini dəyişdirən dönüş nöqtəsidir.

Bu gün biz Zəfəri artıq 5 ildir ki, yaşayırıq, qoruyuruq və gələcək nəsillərə ötürürük. Azərbaycanın gücü, əzmi və birliyi sayəsində Qarabağ və Şərqi Zəngəzur torpaqları əbədi olaraq vətənimizin ayrılmaz hissəsi olacaqdır".

Vüsalə İbrahimli

Chosen
80
sonxeber.az

1Sources