EN

Türkiyə Prezidenti Bakıda Azərbaycan və Pakistan liderləri ilə regional məsələləri müzakirə edəcək

ain.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran bildirib.

Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda keçiriləcək tədbirdə iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Bildirilib ki, Türkiyə dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyev və Pakistan Baş naziri Şahbaz Şəriflə ikitərəfli, regional və qlobal məsələləri müzakirə edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
11
icma.az

10Sources