EN

General mayor rütbəsi alan hərbçilər kimdir?

ain.az bildirir, Avtosfer portalına istinadən.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

Avtosfer.az xəbər verir ki, general-mayor ali hərbi rütbəsi alan hərbi qulluqçulardan biri polkovnik Etibar İsmayıl oğlu Məhərrəmovdur. O, Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsində çalışır. Etibar Məhərrəmov Laçın rayonunun Sus kəndindəndir.  O, müharibədə göstərdiyi xidmətlərə görə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və digər medallarla təltif edilib.  Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordusunun Komandanı Kənan Seyidovdur. Ona isə bu gün general-leytenant ali hərbi rütbəsi verilib.

Ali hərbi rütbə alanlardan biri Heydər Əliyev adına Hərbi İnstitutun rektoru Ümüdvar Əzizalı oğlu Quliyevdir. O da bundan sonra general-mayor rütbəsi daşıyacaq.

Həmçinin, polkovniklər - Zaur Qəzənfər oğlu Yusifli və polkovnik Anar Tofiq oğlu Hüseynova da general-mayor rütbəsi verilib.

Eyni zamanda, Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədov da ali hərbi rütbə alıb. Belə ki, Ş.Məmmədova kontr-admiral rütbəsi verilib. Qeyd edək ki, "kontr-admiral" Quru Qoşunlarında general-mayor rütbəsinə ekvivalent olan ali hərbi rütbədir./unikal

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
33
1
avtosfer.az

2Sources