EN

"Rabitəbank" yeni konseptli Naxçıvan filialının açılışını etdi - FOTO

Regionlarda maliyyə dayanıqlığının güclənməsi, sahibkarlığın inkişafı və müştəri məmnuniyyətinin artırılması “Rabitəbank” ASC-nin fəaliyyət strategiyasının əsas istiqamətlərindəndir.

Bu məqsədlə həyata keçirilən növbəti addım kimi, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 3/13 ünvanında yerləşən filialının yeni konsepsiya ilə istifadəyə verilməsi olub. Filialın yeni konsepsiyasında xidmət sahələri yenilənib və innovativ texnoloji imkanlar tətbiq olunub. Müştərilərə daha rahat və sürətli xidmət göstərmək məqsədilə filialda həm fərdi, həm də korporativ müştərilər üçün rəqəmsal həllər, ödəniş sistemləri və kredit məhsulları üzrə geniş imkanlar yaradılıb.

Açılış mərasimində “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyev, İdarə Heyətinin sədri Aydın Hüseynov, dövlət qurumlarının nümayəndələri, yerli sahibkarlar və bank əməkdaşları iştirak ediblər.

Çıxışı zamanı “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyev bildirib ki, “Rabitəbank üçün regionlarda fəaliyyət göstərmək, yerli sahibkarların inkişafına və iqtisadi fəallığın artmasına dəstək olmaq hər zaman məqsədlərimiz sırasında olub. Naxçıvan filialımız 27 il ərzində bu istiqamətdə mühüm rol oynayıb və bu gün yeni konsepsiya ilə fəaliyyətə başlaması bankın müasir inkişaf mərhələsinin göstəricisidir. Biz müştərilərimizin rahatlığını, xidmət keyfiyyətini və texnoloji əlçatanlığı daim ön planda saxlayırıq. İnanırıq ki, yenilənmiş filial Naxçıvanda yaşayan fiziki və hüquqi şəxslərə daha çevik, daha rahat və innovativ bank xidmətləri təqdim edəcək.”

Daha sonra çıxış edən “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov öz çıxışında qeyd edib ki, “Rabitəbank olaraq ölkəmizin hər bir bölgəsində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da sahibkarlığın və maliyyə dayanıqlılığının inkişafına töhfə verməyi strateji prioritet hesab edirik. Filialın yenilənməsi təkcə infrastruktur baxımından deyil, həm də xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin yeni mərhələyə çatdırılması baxımından mühüm addımdır. Bizim məqsədimiz regionlarda yaşayan insanlara eyni keyfiyyətdə bank xidmətləri təqdim etmək və onların biznes təşəbbüslərini dəstəkləməkdir.”

Açılış mərasimi çərçivəsində region üzrə strateji fəaliyyət istiqamətləri, yerli sahibkar və vətəndaşlar üçün nəzərdə tutulan məhsul və xidmətlər, dövlət və özəl sektor arasında əməkdaşlıq imkanları və birgə layihələr barədə də müzakirələr aparılıb.

Qeyd edək ki, “Rabitəbank” ASC regionların sosial-iqtisadi inkişafına töhfə vermək məqsədilə ölkənin müxtəlif bölgələrində filial şəbəkəsini genişləndirir, eyni zamanda korporativ sosial məsuliyyət layihələri çərçivəsində ictimai təşəbbüslərə və yerli sahibkarlığın inkişafına mütəmadi dəstək göstərir.

Hal-hazırda “Rabitəbank” ASC 18 region və Bakı şəhəri üzrə ümumilikdə 29 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

22222222222
Chosen
33
8
redaktor.az

10Sources