EN

“Barselona” “Kamp Nou”ya qayıtdı

“Barselona” uzun fasilədən sonra “Kamp Nou”ya qayıdıb.

Publika.az xəbər verir ki, Kataloniya klubu 7 noyabrda stadionda açıq məşq keçirib.

Məşq Bakı vaxtı ilə saat 14:00-da başlayıb və tribunada təxminən 23 min azarkeş toplaşıb.

Xatırladaq ki, “Kamp Nou” 2022-ci ilin iyunundan etibarən əsaslı rekonstruksiya olunur və “Barselona” bu müddət ərzində ev oyunlarını “Olímpiya” stadionunda keçirir.

Chosen
58
publika.az

1Sources