EN

Hikmət Hacıyev NATO nümayəndə heyəti ilə görüşüb

Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün NATO-nun nümayəndə heyəti ilə görüşüb...

Poliqon xəbər verir ki, bu barədə onun özü sosial media hesabında yazıb.

"NATO-ya üzv dövlətlərin daimi nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində onlarla görüşməkdən məmnunam. Görüş zamanı səmərəli və uğurlu NATOAzərbaycan tərəfdaşlığına dair geniş müzakirələr apardıq, həmçinin regional təhlükəsizlik məsələləri və AzərbaycanErmənistan sülh gündəliyinin irəlilədilməsi ilə bağlı fikir mübadiləsi etdik", deyə prezidentin köməkçisi bildirib.

Poliqon.info

Chosen
22
16
poliqon.info

10Sources