EN

Üçüncü rüb üzrə sığorta sektorunun fəaliyyət nəticələri müzakirə olunub

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov sığorta sektorunun rəhbər şəxsləri ilə görüşüb. AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində cari ilin üçüncü rübü üzrə sığorta sektorunun fəaliyyət nəticələri, üzləşdiyi çağırışlar və ümumilikdə sektorun davamlı inkişafına yönəlmiş təşəbbüslər müzakirə olunub.

Görüşdə, həmçinin qarşıdakı dövr üçün strateji hədəflər, eləcə də sığorta əhatəliliyinin artırılması və sektorda dayanıqlılıq prinsiplərinin tətbiqinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
3
3
azertag.az

4Sources