EN

Epoxanın sonu: Rusiya Mərkəzi Asiyanı itirir, Tramp isə…

Ağ Evdə keçirilən tarixi sammit Mərkəzi Asiyanın artıq tam şəkildə Rusiyanın təsir dairəsindən çıxdığının simvoluna çevrilib. ABŞ və region ölkələri arasında imzalanan çoxmilyardlı müqavilələr bu dönüşün reallığa çevrildiyini göstərir.

KONKRET.az xəbər verir ki, sammit çərçivəsində Özbəkistan ABŞ-la 35 milyard dollarlıq razılaşma imzalayıb, Qazaxıstan prezidenti isə Donald Trampı “böyük lider” adlandırıb. Bu, sadəcə diplomatik etiketi deyil, regionun yeni geosiyasi yönünün açıq etirafıdır.

Onilliklər boyu Rusiyanın enerji, təhlükəsizlik və sovet nostaljisi vasitəsilə nəzarətdə saxlamağa çalışdığı Mərkəzi Asiya indi Moskvanın təklif etdiyi durğunluq və qorxu əvəzinə, Vaşinqtonun təqdim etdiyi kapital, texnologiya və suverenliyə hörmətə üstünlük verir. Məhz bu fərq prosesin dönüş nöqtəsinə çevrilib.

Tramp siyasi realizm ruhunda Rusiyanın anlamadığı həqiqəti dərk edib: dünya artıq güclə deyil, imkanlarla dəyişir. Mərkəzi Asiya “böyük qardaş” axtarışında deyil — o, tərəfdaş axtarır və onu ABŞ-da tapıb.

Beləcə, postsovet dövrü başa çatır. Yeni dünya düzənində Mərkəzi Asiya artıq imperiyaların periferiyası deyil, öz resursları, nəqliyyat marşrutları və qərarları ilə XXI əsrin konturlarına təsir göstərə bilən müstəqil oyunçuya çevrilir.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Chosen
21
1
konkret.az

2Sources