EN

Azərbaycanlı iş adamına futbolla bağlı ömürlük QADAĞA

İş adamı Tufan Sadıqovun Rusiyada futbolla bağlı hər hansı fəaliyyət göstərməsi ömürlük qadağan edilib.
Heftelik.az Bakupost.az-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Futbol İttifaqının İntizam Komitəsinin (KDK RFS) rəhbəri Artur Qriqoryants bildirib.
 Tufan Sadıqovun hərəkətləri nəticəsində “Ximki” futbol klubu peşəkar statusunu itirib.
Qriqoryants jurnalist Yeqor Kabakın (“Çempionat”) qəzetinə deyib ki, “Sadıqovun “Ximki” klubunun fəaliyyətinə ciddi təsir göstərən, onun idarəçiliyinə və qərarlarına yön verən, həmçinin peşəkar statusun itirilməsinə gətirib çıxaran qeyri-rasional hərəkətlərinə görə futbolla bağlı istənilən fəaliyyəti həyata keçirməsi ömürlük qadağan olunur. Sadıqov bu qərardan Rusiya Futbol İttifaqının Apellyasiya Komitəsinə müraciət edə bilər”.
Qeyd edək ki, Sadıqovun yanlış idarəçiliyinə görə klub 448 milyon rubl (9 milyon 375 min manat) borcu ödəyə bilməyərək müflis elan olunub. Onu da qeyd edək ki, biznesmen Türkiyənin aşağı liqasında da klub sahibidir.
Chosen
34
2
heftelik.az

3Sources