EN

Ramil Usubov Moskvada Sergey Şoyqu ilə görüşüb

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov 2025-ci il noyabrın 5-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş MDB-nin iştirakçısı olan dövlətlərin təhlükəsizlik şuraları katiblərinin on üçüncü görüşündə iştirak edib.

Bu barÉ™dÉ™  AzÉ™rbaycan Respublikası TÉ™hlükÉ™sizlik Åžurasından mÉ™lumat verilib.

“Rusiya vÉ™ MDB xalqları” beynÉ™lxalq festivalı çərçivÉ™sindÉ™ keçirilÉ™n görüşdÉ™ MüstÉ™qil DövlÉ™tlÉ™r Birliyi mÉ™kanında tÉ™hlükÉ™sizliyin möhkÉ™mlÉ™ndirilmÉ™si, mÉ™nÉ™vi-É™xlaqi dÉ™yÉ™rlÉ™rin qorunması, radikal ideologiyaya qarşı mübarizÉ™, humanitar sahÉ™dÉ™ É™mÉ™kdaÅŸlığın inkiÅŸaf perspektivlÉ™ri, hÉ™mçinin beynÉ™lxalq vÉ™ regional sabitliyin tÉ™mini mÉ™sÉ™lÉ™lÉ™ri müzakirÉ™ olunub.

Görüşdə çıxış edən Ramil Usubov qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın möhkəmləndirilməsi, müzakirə olunan məsələlərlə bağlı ölkəmizdə görülən işlər, həmçinin Azərbaycanın Cənubi Qafqazda sülhün və inkişafın bərqərar olunması sahəsində həyata keçirdiyi tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verib.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu arasında ikitərəfli görüş keçirilib.

Görüşdə regional təhlükəsizliyin təmin olunması üzrə birgə fəaliyyətlə bağlı məsələlər və hər iki ölkənin rəhbərlərinin görüşləri çərçivəsində müəyyən edilən prioritetlər nəzərə alınmaqla əməkdaşlığın perspektivləri müzakirə edilib.

Chosen
12
16
anews.az

10Sources