EN

Mədəniyyət Nazirliyinin sifarişi ilə “44 gün 23 saat 43 dəqiqə” adlı kitab çap olunub

Bakı, 7 noyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyinin sifarişi ilə “44 gün 23 saat 43 dəqiqə” adlı toplu hazırlanıb.

Nazirlikdən AZƏTAC-a bildirilib ki, nəşr dövlətimizin və xalqımızın sarsılmaz birliyini, dəmir iradəsini və ədalətli mübarizəsini sənədlərlə, faktlarla və xronoloji ardıcıllıqla oxucuya təqdim edir.

Şanlı Zəfərimizin 5 illiyinə həsr olunmuş kitab Azərbaycanın haqq mübarizəsinin tarixini sistemli şəkildə əks etdirir, Vətən müharibəsinin siyasi, hərbi və mənəvi tərəflərini işıqlandırır.

“44 gün 23 saat 43 dəqiqə” nəşri həm arxiv dəyəri, həm də təbliğat və tədris baxımından mühüm mənbə olaraq Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini gələcək nəsillərə ötürəcək.

Chosen
11
4
azertag.az

6Sources