EN

Ali hərbi rütbələr verilən zabitlər kimlərdir? FOTO

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən bir qrup hərbi qulluqçuya ali hərbi rütbələr verilib.

Redaktor.az "Qafqazino"ya istinadən rütbəsi artırılan həmin zabitlərin dosyesini təqdim edir:

General-leytenant Ağamir Sultanov:

Vətən Müharibəsi Qəhrəmanıdır. 2016-cı ildə Aprel döyüşləri daha sonra Vətən Müharibəsindəki şücaətlərinə görə müxtəlif orden və medallarla təltif edilib. Hazırda Artilleriya qoşunlarının komandanı vəzifəsində çalışır.

General-leytenant Kənan Seyidov:

Vətən müharibəsi Qəhrəmanıdır. O, Vətən Müharibəsində xüsusilə fərqlənib. Şuşa şəhərinin azad olunmasında iştirak edən qoşunlara rəhbərlik edib. 2022-ci ilin avqust ayında Laçın şəhərinin Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi barədə məruzəni də Prezident İlham Əliyevə general-mayor K.Seyidov edib. Müharibədən sonra da orden və medallarla da təltif edilib. Hazırda Əlahiddə Ümumqoşun Ordu komandanıdır.

Kontr-admiral Şahin Məmmədov:

1-ci dərəcəli kapitan, hazırda Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanıdır.

Ətraflı

General-mayor Ümüdvar Quliyev:

Vətən müharibəsində göstərdiyi şücaətə görə “Qarabağ” Ordeni ilə təltif edilib. Hazırda Heydər Əliyev adına Hərbi İnstitutun direktorudur.

General-mayor Etibar Məhərrəmov:

Vətən müharibəsi iştirakçısıdır. “Azərbaycan Bayrağı” Ordeni, “Vətən uğrunda” və digər medallarla təltif edilib.

Hazırda Əlahiddə Ümumqoşun Ordunun Komandanının birinci müavini – Qərargah rəisidir.

General-mayor Zaur Yusifli:

Vətən müharibəsi iştirakçısıdır. “Vətənə xidmətə görə” Ordeni ilə təltif olunub. Hazırda Hərbi Hava Qüvvələrinin (HHQ) Qərargah rəisidir.

General-mayor Anar Hüseynov:

“İgidliyə görə” medalı ilə təltif edilib. Hazırda HHQ-nin Hava Hücumundan Müdafiə rəisidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
9
redaktor.az

10Sources