EN

Afrika ölkəsi aclıq təhlükəsi llə üz üzə... Qarğıdalı ixracını qadağan olundu

ain.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Afrika ölkəsi Malavi uzun sürən quraqlıqdan qaynaqlanan qida böhranı ilə bağlı radikal tədbirlərə əl atmağa başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq ölkədə əsas qida məhsulu olan qarğıdalı ixracı qadağan olunub.

Malavi hökumətindən bildirilib ki, bu, aclıq təhlükəsinə qarşı yerli ərzaq tədarükünü sabitləşdirmək, qiymət dalğalanmalarını nəzarətdə saxlamaq və milyonlarla malavili vətəndaşın dolanışıqlarını qorumaq məqsədi daşıyır: "Bu məhdudiyyəti pozan şəxs və ya müəssisələr sərt qanuni tədbirlərlə üzləşəcəklər".

Ölkə prezident Artur Peter Mutharika isə parlamentdə çıxış edərək qida böhranına diqqəti çəkib. O, hazırda ölkəsinin "milli böhran"la qarşı-qarşıya olduğunu deyib və beynəlxalq ictimaiyyətə ərzaq yardımı üçün çağırış edib.

Xatırladaq ki, keçən ay ölkənin aclıq riski altında olan 28 şəhərindən 11-də "fəlakət vəziyyət" elan olunub.

Tahir Şəlvəli

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
mia.az

1Sources