Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Kino Agentliyi, Azərbaycan Respublikası Audiovizual Şurası və "Qulp Studio"nun birgə təşkilatçılığı və dəstəyi ilə çəkilmiş "Zəfərə açılan pəncərə" bədii-sənədli filminin təqdimatı keçirilib.
“Unikal” xəbər verir ki, təqdimat Nizami Kino Mərkəzində baş tutub.
Zəfərin 5 illiyinə həsr olunmuş filmin müəllifi Audiovizual Şuranın üzvü, Əməkdar jurnalist Mübariz Əsgərovdur.
Ümumi xronometrajı 44 dəqiqə olan film erməni seperatçıları tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Dilqəm Əsgərov haqqındadır.
Ekran əsəri təkcə Dilqəm Əsgərov haqqında yox, ümumilikdə Qarabağ müharibəsinin əsir və girovları haqqındadır.