EN

ABŞ-ın PUA əleyhinə sistemləri Polşaya çatdırılıb

ABŞ-ın MEROPS PUA əleyhinə sistemləri Polşa səmasının müdafiəsi üçün bu ölkəyə çatdırılıb.

APA xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış öz “Facebook” hesabında məlumat verib.

"ABŞ-ın MEROPS PUA əleyhinə sistemləri artıq Polşadadır. Sistemlər NATO-nun şərq cinahında yerləşdirilir və bu da dronları aşkarlamaq və onlarla mübarizə aparmaq qabiliyyətimizi artırır", - Kosiniak-Kamış yazıb.

Chosen
29
3
apa.az

4Sources