EN

Tramp Ağ Evdə Macarıstanın Baş naziri ilə görüşüb

Vaşinqton, 7 noyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Macarıstanın baş naziri Viktor Orbanı qəbul edib.

AZƏRTAC-ın məlumatına görə, qarşılama zamanı o, Orbanı “böyük lider” adlandırıb.

Görüş zamanı tərəflər Macarıstanın Rusiyadan neft aldığı üçün ABŞ sanksiyalarından azad edilməsi, Rusiya-Ukrayna müharibəsi və ABŞ-la Macarıstan arasında iqtisadi əlaqələri müzakirə edəcəklərini bəyan ediblər.

 
Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Chosen
25
4
azertag.az

6Sources