EN

ABŞ ordusu narkotik qaçaqmalçılığı ilə məşğul gəmini vurub

Pentaqon rəhbəri Pit Heqset bildirib ki, ABŞ ordusu Karib dənizində narkotik qaçaqmalçılığı ilə məşğul olan bir gəmiyə zərbə endirib. Katibin sözlərinə görə, gəmi ABŞ-da terrorçu kimi tanınan bir təşkilata məxsus olub.

Heqset əlavə edib ki, zərbə nəticəsində üç heyət üzvü həlak olub. Heç bir Amerika hərbçisi xəsarət almayıb.
Heqset sosial media platforması X-də yazıb: “Vətənimizi təhdid edən bütün narko-terrorçulara: Əgər sağ qalmaq istəyirsinizsə, narkotik qaçaqmalçılığını dayandırın. Ölümcül narkotik qaçaqmalçılığına davam etsəniz, sizi öldürəcəyik”.

Qeyd edək ki, noyabrın 5-də Pentaqon rəhbəri Sakit Okeanda narkotik kartelinin məhv edildiyini və iki nəfərin öldüyünü elan edib. Oktyabrın sonlarında ABŞ Sakit Okeanda dörd gəmini məhv edərək 14 nəfərin ölümünə səbəb olub.

//Samir Qurbanov, Editor.az

Chosen
26
editor.az

1Sources