EN

Tehran əhalisi təxliyyə oluna bilər

Uzun müddət davam edən quraqlıq nəticəsində başlayan su böhranı daha da pisləşərsə, Tehran sakinləri başqa yerə təxliyə olunmalı olacaqlar.

Bu açıqlamanı İran Prezidenti Məsud Pezeşkian Sənəndəcə səfəri zamanı verib. Yerli hakimiyyət orqanları ilə görüşdə çıxış edən o, yağışın azlığının və su ehtiyatlarının tükənməsinin İslam Respublikası üçün ağır nəticələr doğurduğunu vurğulayıb. Prezident mövcud şəraitdə su və enerjiyə ciddi qənaət edilməsinin, eləcə də daha rasional resursların idarə olunmasına keçidin zəruri olduğunu qeyd edib: “Yaxın gələcəkdə yağış yağmasa, gələn aydan etibarən Tehranda ciddi su məhdudiyyətləri tətbiq etmək lazım gələcək.

Yağış yağmasa, təchizat tükənəcək və şəhəri tərk etməyə məcbur olacağıq.”, – Məsud Pezeşkian vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Chosen
60
editor.az

1Sources