EN

Paşinyan cənab Prezidentə dedi ki, istəyirsiniz məni öldürsünlər? – Nazir danışdı

2018-ci ildə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında münaqişənin həll edilməsi üçün səylər barədə razılışma olmasına baxmayaraq, 2019-cu ildə Vyanada – ikinci görüş zamanı Paşinyan mövqeyini dəyişib və bu məsələni həll edə bilməyəcəyini deyib.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov İTV-nin efirində yayımlanan “Təmas xətti” sənədli filmində danışıb.

O qeyd edib ki, Paşinyan bu məsələni həll edəcəyi təqdirdə öldürülə biləcəyi ehtimalından qorxub.

“Cənab Prezidentə belə bir ritorik sual da verir: “Siz istəyirsiniz ki, məni öldürsünlər?” Cənab Prezidentin də buna belə bir cavabı olur ki, “mən ümumiyyətlə heç kimin öldürülməyini istəmirəm, ancaq bu heç bir mənada Azərbaycan torpaqlarının işğal altında qalma anlamına gələ bilməz”, – nazir bildirib.

Chosen
86
konkret.az

1Sources