EN

KİV: ABŞ Qəzzada atəşkəsə nəzarəti öz üzərinə götürdü

BAKI, 8 noyabr. TELEQRAF

Qəzzə zolağında atəşkəs rejiminə nəzarət artıq İsrailin deyil, ABŞ-nin yaratdığı koordinator mərkəzinin əlindədir.

Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" mənbələrinə istinadən yazır.

Nəşr qeyd edir ki,Vaşinqton bu yolla həm bölgədəki iştirakını gücləndirir, həm də humanitar yardımın çatdırılması prosesində əsas söz sahibi olmağa çalışır.

ABŞ-nin Qəzzada atəşkəsi qorumaq üçün İsrailin cənubunda, Qəzzə sərhədinə yaxın ərazidə xüsusi “hərbi-sivil koordinator mərkəzi” yaratdığı bildirilir.

Qəzetin məlumatına görə, mərkəzin işi ABŞ-nin rəhbərliyi altında həyata keçiriləcək və prosesə 40-dan çox ölkə və beynəlxalq təşkilatın nümayəndələri qoşulacaq. Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi qeyd edib ki, bundan sonra İsrail danışıqlarda iştirak etsə də, qərarları daha geniş formatlı beynəlxalq orqan qəbul edəcək.

ABŞ Mərkəzi Komandanlığının kapitanı Tim Hokins bildirib ki, yeni mexanizm Qəzzada baş verən hadisələri “daha dərindən anlamağa” imkan yaradacaq.

Chosen
63
teleqraf.com

1Sources