BAKI, 8 noyabr. TELEQRAF
ABŞ Macarıstanı Rusiya nefti və qazının tədarükünə qoyulan sanksiyalardan azad edib.
Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban ABŞ prezidenti Donald Trampla Ağ Evdə keçirilən danışıqlardan sonra məlumat verib.
Baş nazir bildirib ki, bu qərar ölkəyə “Drujba” boru kəməri ilə neft, “Türk axını” vasitəsilə isə qaz idxalını problemsiz davam etdirməyə imkan verəcək. Onun sözlərinə görə, bu addım ölkənin enerji təhlükəsizliyini möhkəmləndirəcək və regionda sabit tədarükün təmininə xidmət edəcək.