EN

Azərbaycan gimnastları yenə dünya çempionu olublar FOTO

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan batut və tamblinq gimnastikası komandası İspaniyanın Pamplona şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

İdman.Biz-in məlumatına görə, Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanovdan ibarət komanda təsnifatda birinci yeri tutaraq finala vəsiqə qazanıb və orada 26 xal toplayaraq uğurlarını təkrarlayıb. Gümüş medal ABŞ-a (22), bürünc medal isə Danimarkaya (18) nəsib olub.

Daha əvvəl dünya çempionu olmuş Mixail Malkin fərdi yarışlarda liderlik edir.

Qeyd etmək lazımdır ki, iki il əvvəl də Azərbaycan komandası dünya çempionatında qalib gəlmişdi və Malkin fərdi yarışda birinci olmuşdu.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
126
1
icma.az

2Sources