BAKI, 8 noyabr. TELEQRAF
ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit okean komandanlığı Şimali Koreyanın Yapon dənizi istiqamətində buraxdığı raketin ABŞ və onun müttəfiqləri üçün birbaşa təhlükə törətmədiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Pentaqon bəyanat yayıb.
“Raket buraxılışından xəbərdarıq və müttəfiqlərimizlə sıx məsləhətləşmələr aparırıq. Qiymətləndirmələrə əsasən, bu sınaq nə ABŞ əsgərlərinə, nə də müttəfiq ölkələrin ərazisinə təhlükə yaradıb”, - bəyanatda qeyd olunur.
Cənubi Koreya və Yaponiya mediası daha əvvəl Şimali Koreyanın şərq istiqamətinə ballistik raket buraxdığını xəbər vermişdi.