Lazım gələrsə, ABŞ mövcud resursları ilə müharibəyə girəcək və qalib gələcək.
Publika.az xəbər verir ki, Pentaqon rəhbəri Pit Heqset bunu Vaşinqtonda keçirilən tədbirdə bildirib.
"Bizdə ən yaxşı və ən güclü [silahlar] var", - deyə müharibə naziri bildirib.
Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Donald Tramp ölkəsinin hərbi münaqişələrə başlamaqda maraqlı olmadığını açıqlamışdı.