EN

Kimi övladını, kimisi toyunu görə bilmədi... Fotolar

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev noyabın 7-si hərbi qulluqçuları təltif edib.

“Qafqazinfo”nun məlumatına görə, onlar arasında ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunanlar var:

Abdullayev Aqşin İsmayıl oğlu – mayor (ölümündən sonra);

2017-ci ildə fevral döyüşləri zamanı şəhid olub. 1982-ci il təvəllüdlü, Şəki rayonunun Kiş kəndində dünyaya gəlib. Ailəli idi və üç övladı var idi.

Dədəkişiyev Cavid Gülbaba oğlu – baş leytenant (ölümündən sonra);

Cavid Dədəkişiyev 1988-ci ilin 5 iyul tarixində İmişli rayonunun Qaralar kəndində anadan olub.  Aprel döyüşləri zamanı Cavid Dədəkişiyev Tərtər rayonunun Talış kəndi istiqamətində istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Haşımlı Tural Əbdül oğlu – baş leytenant (ölümündən sonra);

27 dekabr 1988-ci ildə Naxçıvan MR, Ordubad rayonunun Dırnıs kəndində anadan olub. Baş leytenant Tural Haşımlı 2017-ci ilin 24-dən 25-ə keçən gecə Fevral döyüşləri zamanı cəbhənin Xocavənd rayonu istiqamətində qəhrəmancasına şəhid olub.

Həsənov Ziya Niyazi oğlu – baş leytenant (ölümündən sonra);

11 oktyabr 1989-cu ildə anadan olub.  Aprel döyüşləri zamanı şəhid olub. Ailəli olub. 

Nəzərov Şahlar Yaşar oğlu – baş leytenant (ölümündən sonra);

Fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttində ermənilərin Fizuli - Xocavənd istiqamətində təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Orucəliyev Qabil Əbdüləli oğlu – leytenant (ölümündən sonra);

15 sentyabr 1991-ci ilində ildə Naxçıvan şəhərində doğulub. Aprel döyüşləri zamanı şəhid olub. Şəhid olan zaman ailəli olub. Övladı onun şəhadətindən sonra dünyaya gəlib. 

Şirinov Sahil Həsrət oğlu – leytenant (ölümündən sonra);

1992-ci ilin 24 iyun tarixində Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub. Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Sahil Şirinov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Abdullazadə Nurlan Rasim oğlu – gizir (ölümündən sonra);

Nurlan Abdullazadə 1994-cü ilin fevralın 14-də Zərdab rayonunun Böyük Dəkkə kəndində anadan olub.

2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Nurlan Abdullazadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Ağayev Rusif İbrahim oğlu – miçman (ölümündən sonra);

1987-ci ilin aprelin 16-sı Lənkəran şəhərinin Hirkan kəndində anadan olub. 2016-cı ilin aprelində şəhid olub.

Ölümündən sonra Prezident İlham Əliyev tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunub.

Hümmətov Orxan Kazım oğlu – gizir (ölümündən sonra);

1992-ci ilin 4 aprel tarixində Şəki rayonunun Kiş kəndində anadan olub. Gizir Orxan Hümbətov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Qarayev Dilsuz Məmmədağa oğlu – gizir (ölümündən sonra);

Şəhid Dilsuz Məmmədağa oğlu Qarayev 23 dekabr 1990-cı ildə doğulub. 2016-cı ilin Aprel döyüşləri zamanı həlak olub.

Azərbaycan Silahlı Qüvvələrinin giziri idi. O, Ağcabədi rayonunun Hindarx kəndində anadan olub və Tərtər istiqamətində şəhid olub. 

Tağıyev Rahim Qara oğlu – gizir (ölümündən sonra);

Şəhid Tağıyev Rahim Qara oğlu, 1979-cu ildə Mingəçevirdə anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin giziri idi. O, 2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. Üç övladı yadigar qalıb. 

Zeynallı İlqar Ayaz oğlu – gizir (ölümündən sonra);

9 iyul 1995-ci ildə Tovuz rayonunun Cəlilli kəndində anadan olub və Azərbaycan Ordusunun giziri olub. O, 2020-ci il iyulunda Tovuz istiqamətindəki döyüşlərdə şəhid olub. 

Abidov Babək Vəfadar oğlu – kiçik gizir (ölümündən sonra);

1992-ci ildə Şabran rayonunun Zeyvə kəndində anadan olub. O, 2 aprel 2016-cı ildə Aprel döyüşləri zamanı Talış kəndi istiqamətində qəhrəmancasına şəhid olub. Ölümündən sonra o, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. 

Baxışov Seymur Qulamhüseyn oğlu – kiçik gizir (ölümündən sonra);

O, 12 iyul 1987-ci ildə Sumqayıt şəhərində hərbçi ailəsində anadan olub.

Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri idi. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. Bir oğlu yadigar qalıb.

Bayramov Sərxan Oqtay oğlu – kiçik gizir (ölümündən sonra);

2016-cı ildə Aprel döyüşlərində qəhrəmancasına şəhid olub. O, 1993-cü ildə Zaqatala şəhərində anadan olub və ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. Həmçinin, Zaqatala şəhərində küçələrdən biri onun adını daşıyır. 

Cavadzadə Şahin Yaşar oğlu – kiçik gizir (ölümündən sonra);

1995-ci il mayın 15-də Beyləqanda doğulub. Aörel döyüşləri şəhididir.

Fərəczadə Toğrul Habil oğlu – kiçik gizir (ölümündən sonra);

Şəhid Fərəczadə Toğrul Habil oğlu 2016-cı ildə Aprel döyüşlərində qəhrəmancasına şəhid olub. O, 1993-cü ildə Ağsu rayonunun Bico kəndində anadan olub və 9 aprel 2016-cı ildə doğulduğu kənddə son mənzilə yola salınıb. Toğrul Fərəczadə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib. 

Hüseynov Bəxtiyar Rafayıl oğlu – kiçik gizir (ölümündən sonra);

2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş kiçik gizirdir. O, 1995-ci il iyulun 14-də Goranboy rayonunun Qızılhacılı kəndində anadan olub və 2016-cı il aprelin 9-da doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. 

Qasımov Teymur Sabir oğlu – kiçik gizir (ölümündən sonra);

1992-ci ildə Mingəçevirdə anadan olub və 2016-cı ildə Aprel döyüşləri zamanı həlak olub. Azərbaycan Silahlı Qüvvələrinin giziri olub və ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. 

Qurbanov Tural Gürşad oğlu – kiçik gizir (ölümündən sonra);

1992-ci ildə Kürdəmir rayonunun Sığırlı kəndində doğulub.

Aprel döyüşlərində qəhrəmancasına həlak olub.

Tural Qurbanov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib və onun xatirəsinə Kürdəmir rayonunda bir küçəyə onun adı verilib. 

Müstəcəbov Orxan Ələsgər oğlu – kiçik gizir (ölümündən sonra);

1993-cü il martın 5-də Qobustan rayonunun Bədəlli kəndində anadan olub. O, 2016-cı il aprel döyüşləri zamanı, aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Novruzov Ravil Elman oğlu – kiçik gizir (ölümündən sonra);

1986-cı ildə Xızı rayonu Giləzi qəsəbəsində doğulub. Aprel döyüşləri şəhididr.

Səfərov Elimdar Səlimxan oğlu – kiçik gizir (ölümündən sonra);

26 iyul 1992-ci ildə Yardımlıda doğulub. 2016-cı ildə Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin təxribatına qarşı döyüşlərdə şəhid olub.

Əsgərov Təbriz Hamlet oğlu – kiçik çavuş (ölümündən sonra);

2 aprel 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub.

Azərbaycan Silahlı Qüvvələrinin çavuşu olub. O, 1993-cü il yanvarın 12-də Şəmkirdə anadan olub və ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Quliyev Səyyar Qınyaz oğlu – kiçik çavuş (ölümündən sonra);

13 noyabr 1986-cı ildə anadan olub. Aprel şəhididir. Şəhadətindən 4 ay sonra övladı dünyaya gəlib. 

Məmmədov Elşad Dönməz oğlu – baş əsgər (ölümündən sonra);

Tovuzun Ağdam kənd sakini olub. Baş əsgər Elşad 1996-cı ildə anadan olub.

2020-ci ilin 12 iyulunda Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olub. 

Adilzadə Adil Kamran oğlu – əsgər (ölümündən sonra);

1993-cü ildə aprel ayının 17-də Mingəçevirdə doğulub. Evin tək övladı olub.

2016- cı il Aprelin 1-dən 2-nə keçən gecə Ermənistan ordusunun təxribatının qarşısını alarkən şəhid olub.

Həmin döyüşdə təkcə Adil 17 erməni əsgərini məhv edib.

Axundov Əbdülməcid Nadirşah oğlu – əsgər (ölümündən sonra);

15 oktyabr 1993-cü ildə Sumqayıtda anadan olub, 2 aprel 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olmuş bir Azərbaycan Silahlı Qüvvələri əsgəri idi. O, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. 

Alıyev Vüsal İlham oğlu – əsgər (ölümündən sonra);

1996-cı ildə Şəmkir rayonunun Kür kəndində anadan olub. 2016-cı ilin aprelində Azərbaycan-Ermənistan təmas xəttindəki döyüşlər zamanı şəhid olub. O, göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib. 

Bağırov Emin İmran oğlu – əsgər (ölümündən sonra);

15 iyul 1996-cı ildə Bakıda anadan olub, 2014-cü ildə hərbi xidmətə çağırılıb və xüsusi təyinatlı qüvvələrdə xidmət edib. Emin Bağırov 2 aprel 2016-cı ildə Talış istiqamətində gedən döyüşlərdə həlak olub və ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. 

Bağırov Sərxan Azər oğlu – əsgər (ölümündən sonra);

1997-ci ildə Göygöl rayonunun Alməmmədli kəndində anadan olub. O, 2016-cı ilin aprel ayında hərbi xidmət zamanı Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlərdə şəhid olub. Qəhrəmanlığına görə Prezident İlham Əliyev tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. 

Bağırzadə Firdovsi Əliş oğlu – əsgər (ölümündən sonra);

1996-cı ildə anadan olub. 2016-cı ilin aprelində Azərbaycan-Ermənistan təmas xəttində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Masallı rayonunun Güllütəpə kəndində doğulub və dəfn edilib. Şəhidin xatirəsinə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunub və doğulduğu kənddə bir küçəyə onun adı verilib. 

Bayramov Şulan Bayram oğlu – əsgər (ölümündən sonra);

O, 28 iyul 1996-cı ildə Sumqayıtda anadan olub və 2016-cı ilin Aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində gedən döyüşlərdə həlak olub. “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunub.

Cəbrayılov Ömər Məzahir oğlu – əsgər (ölümündən sonra);

1997-ci ildə Ağdaş rayonunun Şəkili kəndində anadan olub və 2016-cı ilin aprel döyüşləri zamanı erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, 5 aprel 2016-cı ildə doğulduğu kənddə torpağa tapşırılıb və ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.

Cəfərov Zakir Nazim oğlu – əsgər (ölümündən sonra);

1996-cı il 3 mayda Bakıda anadan olub. 2011–2015-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində təhsil alıb.

Əsgər Zakir Cəfərov 2017-ci ildə, Fevral döyüşləri zamanı şəhid olub. Zakir Cəfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Şücaətə görə” medalı ilə təltif edilib.

Dadaşov Tural Sabir oğlu – əsgər (ölümündən sonra);

24 avqust 1993-cü ildə Bakı şəhərində anadan olub, 2 aprel 2016-cı il tarixində Aprel döyüşləri zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərdə əsgər rütbəsində şəhid olub. O, UNEC-in Kommersiya fakültəsini bitirdikdən sonra hərbi xidmətə yollanmışdı və ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. 

Daşdəmirov Xəyyam Məhəmməd oğlu – əsgər (ölümündən sonra);

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olub. O, 2020-ci il iyulun 12-də Tovuz istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhid olub. 2002-ci il fevralın 22-də İsmayıllı rayonunun Balik kəndində anadan olan Xəyyam Daşdəmirov 18 yaşında həlak olub və doğulduğu İsmayıllı rayonunda dəfn olunub. Ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. 

Dəmirli Altun Fərman oğlu – əsgər (ölümündən sonra);

1 sentyabr 1997-ci ildə Şəmkir rayonunun Düyərli kəndində anadan olub. O, 2016-cı ilin aprel ayındakı döyüşlərdə qəhrəmancasına şəhid olub.

Dəmirli Hüseyn Zeynal oğlu – əsgər (ölümündən sonra);

1993-cü ilin 4 avqustunda Biləsuvar şəhərində anadan olub.

Kiçik çavuş Hüseyn Dəmirli 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Hüseyn Dəmirli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Əliyev Orxan Məhəmməd oğlu – əsgər (ölümündən sonra);

1995-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olub və 2016-cı il aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

Əsgərli Nurlan Bayram oğlu – əsgər (ölümündən sonra);

Masallı rayonunun Kalinovka kənd sakini, 1995-ci il təvəllüdlü Nurlan Bayram oğlu Əsgərli.

Nurlan aprel döyüşlərində qardaşı İntiqamla çiyin-çiyinə döyüşüb. Döyüş meydanından nəşini də qardaşı götürüb.

Nurlan Əsgərli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Əzizzadə Xaliq Həsən oğlu – əsgər (ölümündən sonra);

1996-ci il təvəllüdlü şəhidimiz 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmət çağırılıb.

Əzizzadə 2016-cı ilin aprel ayında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində(həmin ərazilər artıq işğaldan azad edilib) gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına Şəhid olub.

Hacıağayev Cabbarxan İlham oğlu – əsgər (ölümündən sonra);

4 avqust 1996-cı ildə Bakıda anadan olub. 2016-cı il aprelin 2-də 19 yaşında cəbhədə gedən şiddətli döyüşlər zamanı şəhid olub. O, 158 saylı tam orta məktəbdə təhsil alıb və aprelin 5-də Bakıda dəfn edilib. 

Hüseynov Ayaz Ələkbər oğlu – əsgər (ölümündən sonra);

Beyləqan rayonunun II Şahsevən qəsəbəsində anadan olub (17.04.1991) və Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. 2016-cı il aprelin 5-də son mənzilə yola salınıb. 

Xeyirbəyov Əmiraslan Xəlil oğlu – əsgər (ölümündən sonra);

2016-cı il aprel döyüşləri zamanı Tərtər rayonunun Seyidsulan kəndi ərazisində şəhid olub. O, 1996-cı il dekabrın 10-da Qusar rayonunun Cağar Qışlaq kəndində anadan olub və 2016-cı il aprelin 9-da doğulduğu kənddə torpağa tapşırılıb. Xeyirbəyov, göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə medalı ilə təltif edilib. 

İbrahimov Mahmud Azər oğlu – əsgər (ölümündən sonra);

2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olub.

O, 3 sentyabr 1997-ci ildə anadan olub və 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mahmud İbrahimov əslən Cəbrayıl rayonundandır. 

İslamov Əlizaman Fərrux oğlu – əsgər (ölümündən sonra);

2016-cı ildəki Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Azərbaycan əsgəridir. O, 1997-ci il iyunun 12-də doğulub, 2016-cı il aprelin 2-də şəhid olub və ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. 

İsmayılov Nazim Əfqan oğlu – əsgər (ölümündən sonra);

Tovuz rayonu istiqamətində gedən döyüşlərdə 2020-ci il iyulun 16-da şəhid olub. O, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olub. Doğulduğu Ağstafa rayonunun Korxəlifəli kəndində dəfn edilib.

Qasımov Nurlan Cəmil oğlu – əsgər (ölümündən sonra);

06.05.1997-ci ildə Şəmkir rayonunun Tatar kəndində anadan olan Nurlan Cəmil oğlu Qasımov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəmkir rayonu, Tatar kəndində dəfn edilib.

Qasımov Teymur Mikayıl oğlu – əsgər (ölümündən sonra);

1996-cı ildə Göyçay rayonunun Çaxırlı kəndində anadan olub və 2016-cı il aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlərdə şəhid olub. O, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib. Şəhidin cənazəsi Göyçay rayonunun Çaxırlı kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb və onun xatirəsini əbədiləşdirmək məqsədilə Göyçay şəhərində bir küçəyə adı verilib. 

Qayıbov Elvin Sədrəddin oğlu – əsgər (ölümündən sonra);

Elvin Qayıbov 1989-cu ilin 26 dekabrında Xaçmaz rayonunun Əbilyataq kəndində anadan olub. Elvin Qayıbov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Aprelin 5-i isə Elvin Qayıbov Xaçmaz rayonunun Əbilyataq kəndində son mənzilə yola salındı. Elvin Qayıbov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edildi.

Qədimov Zülfü Rəhim oğlu – əsgər (ölümündən sonra);

28 fevral 2017-ci ildə döyüş tapşırığını yerinə yetirərkən, Ermənistanın təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, 16 iyun 1988-ci ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub və Beyləqan rayonunda Şəhidlər xiyabanında dəfn edilib. 

Quliyev Mahir Qadir oğlu – əsgər (ölümündən sonra);

2016-cı ilin aprel ayında aprel döyüşlərində Azərbaycan-Ermənistan təmas xəttində şəhidlik zirvəsinə ucalıb.

1993-cü ildə Bakıda anadan olan Mahir Quliyev, Azərbaycan Texniki Universitetini bitirdikdən sonra əsgər yollanıb. O, göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyev tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. 

Qurbanlı Fəxrəddin Seyfəddin oğlu – əsgər (ölümündən sonra);

1994-cü ildə Bakı şəhərində anadan olub, Azərbaycan Universitetini sosial iş ixtisası üzrə bitirib və 2015-ci ildə hərbi xidmətə gedib. Aprel döyüşləri şəhididir.

Məmmədov Murad Vaqif oğlu – əsgər (ölümündən sonra);

1989-cu ildə anadan olub, 2016-cı ilin aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub və ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. O, Sumqayıt şəhərindən idi və hərbi xidmətini müddətdən artıq hərbi qulluqçu kimi Xüsusi Təyinatlı dəstədə keçib. 

Məmmədov Ülvin Camaləddin oğlu – əsgər (ölümündən sonra);

1996-cı ilin 1 yanvar günündə Laçın rayonunun Qarakeçdi kəndində anadan olub.

Əsgər Ülvin Məmmədov tərxis olunsa da, Vətən torpaqlarının azadlığı uğrunda könüllü vuruşub. Aprel döyüşlərində qəhrəmancasına döyüşüb və həmin döyüşdə şəhid olub.

Aprelin 7-si Ülvin Məmmədov Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində son mənzilə yola salınıb.

Mirzəyev Elvin Azadxan oğlu – əsgər (ölümündən sonra);

Elvin Mirzəyev 1994-cü il 13 fevralda Xaçmaz şəhərində anadan olub. Əsgər Elvin Mirzəyev, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Aprelin 9-da isə Elvin Mirzəyev, doğulduğu Xaçmaz şəhərində son mənzilə yola salınıb. Elvin Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Mirzəyev Mahir Sabir oğlu – əsgər (ölümündən sonra);

2 aprel 2016-cı ildə qəhrəmancasına şəhid olub. Bakı şəhərində 1994-cü il 17 fevralda anadan olan Mirzəyev, Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra hərbi xidmətə yollanıb və ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. O, 9 aprel 2016-cı ildə Pirşağı qəbirstanlığında dəfn edilib

Mirzəyev Məhəbbət Ədalət oğlu – əsgər (ölümündən sonra);

1993-cü ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. O, 2016-cı ildə gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Məhəbbət Mirzəyev Çində hərbi təhsil aldıqdan sonra Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirib və 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuşdur.

Mirzəyev Nurəddin Etimad oğlu – əsgər (ölümündən sonra);

Silahlı Qüvvələrimizin şəhid əsgəri Nurəddin Etimad oğlu Mirzəyev 1996-cı ildə Yardımlıda doğulub. Aprel döyüşləri şəhididir.

Muradov Rizvan Telman oğlu – əsgər (ölümündən sonra);

2 aprel 2016-cı ildə Aprel döyüşləri zamanı Talış kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçudur. O, 27 noyabr 1997-ci ildə Sabirabad rayonunun Çiçəkli kəndində anadan olub və 2015-ci ilin oktyabrında hərbi xidmətə çağırılıb. Şəhidlikdən sonra göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. 

Mustafazadə Elçin Arif oğlu – əsgər (ölümündən sonra);

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elçin Arif oğlu Mustafazadə 26 sentyabr 1992-ci ildə Ağstafa rayonunun Həsənsu qəsəbəsində anadan olub. Müddətdən artıq xidmət edən hərbi qulluqçu olan Elçin Mustafazadə 2020-ci ilin Tovuz döyüşləri zamanı iyulun 13-dən 14-nə keçən gecə mənfur erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Şəhid olduğu gündən bir neçə gün sonra toyu olacaqmış.

Elçin Mustafazadə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Nəsirov Röyal İmran oğlu – əsgər (ölümündən sonra);

1997-ci ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olub və 2016-cı ilin aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. O, 2015-ci ilin iyul ayında hərbi xidmətə çağırılıb və aprel döyüşlərində Tərtər ərazisində döyüşərkən həlak olub. Şəhidlikdən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub. 

Niftalılı Rəşad Şakir oğlu – əsgər (ölümündən sonra);

1993-cü ildə Zəngilan rayonunda anadan olub, Gəncə Texnologiya Universitetinin məzunu olub və 2016-cı il aprel döyüşləri zamanı Tərtər istiqamətində şəhid olub. O, göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. 

Novruzov Fəraim Nadir oğlu – əsgər (ölümündən sonra);

96-cı ildə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olub və 2 aprel 2016-cı il tarixində Aprel döyüşləri zamanı qəhrəmancasına həlak olub. O, subay idi və şəhidlik zirvəsinə çatdığı zaman 19 yaşında idi. 

Nurayev Rəvan İsmayıl oğlu – əsgər (ölümündən sonra);

997-ci ildə Zaqatala rayonunun Muxax kəndində anadan olub və 2016-cı ilin aprelində Azərbaycan-Ermənistan təmas xəttindəki döyüşlər zamanı şəhid olub. O, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib və Zaqatala rayonunun Muxax kəndində dəfn olunub. 

Səmədov Elşən Səlim oğlu – əsgər (ölümündən sonra);

1997-ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub və 2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olub. 

Süleymanov Vüqar Natiq oğlu – əsgər (ölümündən sonra);

20 yanvar 1993-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub və 2 aprel 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. O, Bakı Slavyan Universitetini bitirib və hərbi xidmətini yerinə yetirərkən həlak olub. 

Şirəliyev Kamran Faiq oğlu – əsgər (ölümündən sonra);

Kamran Faiq oğlu Şirəliyev 1994-cü il fevralın 28-də Bakı şəhərinin Suraxanı rayonunda anadan olub. 

Əsgər Kamran Şirəliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Vahabzadə Mikayıl Yaqub oğlu – əsgər (ölümündən sonra);

Aprel döyüşlərində şəhid olub. O, 1993-cü ildə İsmayıllı rayonunun Maçaxı kəndində doğulub.

2011-ci ildə Yeniyol kənd orta məktəbini bitirdikdən sonra Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinə daxil olub və 2015-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Şəhid Vahabzadə 2-5 aprel 2016-cı il tarixlərində gedən döyüşlərdə Vətən uğrunda canından keçmiş və doğulduğu Maçaxı kəndində dəfn edilib. 

Zəkərəyev Nazim Nadir oğlu – əsgər (ölümündən sonra) təltif edilib.

1997-ci ildə Şamaxı şəhərində anadan olub və 2016-cı ildə aprel döyüşləri zamanı Tərtər rayonu istiqamətində şəhid olub. O, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. Şəhid 2016-cı il aprelin 9-da Şamaxı Şəhidlər Xiyabanında dəfn edilib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
113
qafqazinfo.az

1Sources