Bakı. Trend:
Bu ilin doqquz ayında Almaniyaya miqrasiya edən Suriyavətəndaşlarının sayı 40 min olub ki, bu da ötən ilin eyni dövrü iləmüqayisədə 46,5 faiz azdır.
Trend xəbər verir ki, bubarədə Almaniya Federal Statistika İdarəsinin məlumatındabildirilib.
Eyni dövrdə Almaniyanı tərk edən suriyalıların sayı isə 35,3faiz artıb. Belə ki, doqquz ayda 21 min 800 suriyalı ölkəni tərkedib.
Ötən ilin sonunda Almaniyadakı sığınacaq axtaranların 22 faizinisuriyalılar təşkil edib. Almaniyada 713 min suriyalı sığınacaqaxtaran qeydiyyatda olub. Bu ölkədə suriyamənşəli 1,22 milyon insanyaşayır ki, onların 19 faizi Almaniyada doğulub. Ötən il 83 min 200suriyalı Almaniya vətəndaşlığı alıb. Suriyalılar ötən il Almaniyavətəndaşlığı alanlar arasında ilk sırada yer alıblar.
Bu ölkədən olan şəxslərin 30 faizi – 363 min nəfəri ŞimaliReyn-Vestfaliya əyalətində yaşayır. Sonrakı yerlərdə AşağıSaksoniya, Baden-Vürtemberq və Bavariya (hər birində 10 faiz)gəlir.