EN

ABŞ-də yük təyyarəsinin qəzası nəticəsində ölənlərin sayı artdı

BAKI, 8 noyabr. TELEQRAF

ABŞ-də Kentukki ştatında UPS şirkətinə məxsus yük təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 14 nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə Luizvill meri Kreyq Qrinberq "X" sosial şəbəkəsində məlumat verib.

“Axşam saatlarında qəzada daha bir meyit tapıldı. Beləliklə, ölənlərin sayı 14-ə çatdı”, - o yazıb.

MD-11 tipli yük təyyarəsi Luizvilldən Qonoluluna uçmaq üçün havaya qalxarkən, yerli vaxtla təxminən 17:20-də qəzaya uğrayıb. Təyyarədə üç ekipaj üzvü olub.

Chosen
89
teleqraf.com

1Sources