EN

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Türkmənistan Ermənistan və Azərbaycanın qonşular arasında sülhün təşviq edilməsi və regional əməkdaşlıq və rifah imkanlarının genişləndirilməsi üçün göstərdiyi böyük səyləri qəbul edir. SİA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin ABŞ Prezidenti Donald Trampın Türkmənistan Prezidenti Serdar Berdimuhammedovla görünün nəticələrinə dair bəyanatında deyilir. Bildirilir ki, Türkmənistan Trampın Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) Mərkəzi Asiya-Qafqaz bölgəsində ticarət və nəqliyyat üçün formalaşdıracağı yeni imkanların inkişafında iştirak etməyi nəzərdən keçirmək, eləcə də bölgədə sülhün yaradılmasını təşviq etmək niyyətindədir. Bəyanata əsasən, görüşdə tərəflər, həmçinin Türkmənistan təbii qazı üçün beynəlxalq bazarların genişləndirilməsinin və şaxələndirilməsinin qarşılıqlı faydalarını vurğulayıblar.

“Türkmənistan Xəzər dənizinin dibinin delimitasiyası ilə bağlı Azərbaycanla davam edən əməkdaşlığı başa vurduqdan sonra Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir”,-deyə bəyanatda qeyd olunur.

Chosen
14
2
sia.az

3Sources