EN

Bayden: "Tramp ABŞ-ni biabır edir"

BAKI, 8 noyabr. TELEQRAF

ABŞ-nin keçmiş prezidenti Co Bayden hazırkı dövlət başçısı Donald Trampı ölkəni biabır etməkdə ittiham edib.

Teleqraf xəbər verir ki, Bayden bu barədə Nebraskanın Omaha şəhərində keçirilən Demokrat Partiyasının tədbirində çıxışı zamanı deyib.

“Mən istəyirəm ki, cənab prezident bunu başa düşsün: siz bizə xidmət etməlisiniz, biz sizə yox. Siz milyarderlər və milyonerlər üçün deyil, xalq üçün işləməlisiniz. Mən qəzəblənmişəm… Biz demokratiyada yaşayırıq, burada kral yoxdur. Onun davranışları bizi bir ölkə kimi biabır edir”, - o bildirib.

Bayden həmçinin Ağ Evin şərq qanadının sökülməsini Trampın idarəçiliyinə bənzədib. Onun sözlərinə görə, bu, Trampın “Konstitusiyaya, qanunun aliliyinə və demokratiyaya münasibətinin simvoludur”.

Xatırladaq ki, Co Bayden 2021–2025-ci illərdə ABŞ prezidenti olub.

Chosen
45
teleqraf.com

1Sources