BAKI, 8 noyabr. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında “Zəfər turu”nun daha iki oyunu keçiriləcək.
Teleqraf xəbər verir ki, günün ilk matçı “Araz-Naxçıvan” və “Karvan-Yevlax” komandaları arasında baş tutacaq.
Saat 15:44-də start götürəcək görüşü baş hakim Nicat İsmayıllı idarə edəcək.
Digər oyun isə “Zirə” və “Turan-Tovuz” arasında təşkil olunacaq.
FIFA referisi Əliyar Ağayevə həvalə edilən qarşılaşma saat 18:44-də başlanacaq.
Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
“Zəfər turu”
15:44. “Araz-Naxçıvan” – “Karvan-Yevlax”
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
18:44. “Zirə” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Zirə İK stadionu