EN

“Reuters“: ABŞ Kiyevə yardım üçün AB-nin Rusiya aktivlərindən istifadə planını dəstəkləyir

ABŞ Avropa Birliyinin Ukraynaya yardım etmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə təşəbbüsünü dəstəkləyir.

Bu barədə “Reuters“ agentliyi mənbələrə istinadən məlumat verib.

“Vaşinqton AB-ni və bu aktivlərdən bir vasitə kimi istifadə etmək üçün hazırda atdığı addımları tam dəstəkləyir”, – məlumatda deyilir.

Mənbələrdən biri ABŞ-nin Lukoil və Rosneftə qarşı sanksiyaların nəticələrini izlədiyini deyib. Bir başqa mənbə isə Vaşinqtonun Rusiyaya təzyiqi artırmaq üçün bir çox variantı olduğunu bildirib.

MənbəAPA
Chosen
10
2
banker.az

3Sources