EN

Avropa bu məhsulun Çindən idxalını gözləyir

Çində istehsal olunan "Nexperia" çiplərinin Avropa avtomobil sənayesinə tədarükünün tezliklə bərpa olunacağı gözlənilir.

Musavat.com xəbər verir ki, məlumatı Britaniyanın "The Guardian" qəzeti yayıb.

Bildirilir ki, bu, ABŞ prezidenti Donald Trampla Çin rəhbəri Si Cinpin arasında Cənubi Koreyada keçirilən görüşdə əldə edilən razılaşmanın bir hissəsidir:

"Niderlandın iqtisadiyyat naziri Vinsent Karremans "Nexperia" çiplərinin yaxın günlərdə Avropada və dünyanın qalan hissəsində satışa çıxarılacağına əmin olduğunu söyləyib".

O, Pekin və Vaşinqtonun Niderlanda Tramp və Si Cinpin arasında bağlanan razılaşmanın tədarükün bərpasına imkan verəcəyi barədə məlumat verdiyini açıqlayıb. Nazir əlavə edib ki, "bu, Çin Ticarət Nazirliyinin Avropa Komissiyasına verdiyi məlumatlarla da uyğundur".

"Nexperia" isə Çinin Çindəki zavodundan "ixracın bərpasını asanlaşdırmaq" öhdəliyini alqışladığını bildirib, lakin hələ də bəzi narahatlıqlarının olduğunu və məhsulların nə vaxt çatdırılacağını deyə bilmədiyini qeyd edib.

Oktyabr ayında Pekin Niderland hökumətinin zavodu milliləşdirmək qərarına cavab olaraq avtomobil və istehlakçı elektronikası sənayesində istifadə olunan "Nexperia" çiplərinin Çin zavodlarından ixracını bloklayıb.

Musavat.com

Chosen
122
musavat.com

1Sources