EN

AƏSMA-da "Zəfər yolu" adlı tədbir keçirildi - FOTOLAR

7 noyabr 2025-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfər yolu” adlı ədəbi-bədii tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin həmçinin Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Musa Mirzəyev 8 Noyabr – Zəfər Gününün tariximizdəki əvəzsiz rolundan danışıb. O, bu böyük Qələbənin xalqımızın birliyi, həmrəyliyi və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində mümkün olduğunu qeyd edib.
Akademiyanın rektor vəzifəsini icra edən Fərid Babayev öz çıxışında Zəfər Gününün Azərbaycan xalqı üçün qürur, güc və milli birliyin rəmzinə çevrildiyini vurğulayıb. O, bu tarixi Qələbənin gələcək nəsillərə vətənpərvərlik ruhunun aşılanması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Tədbirin bədii hissəsində Akademiyanın istedadlı tələbələri tərəfindən səhnələşdirilmiş “Zəfər yolu” adlı kompozisiya təqdim olunub. Qəhrəman əsgərlərimizin şücaətini, xalqımızın iradəsini və Qələbəyə inamını əks etdirən bu səhnə tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Tədbir, Zəfərin yaratdığı qürur hissini, şəhidlərimizin xatirəsinə olan sonsuz ehtiramı və azad Vətənimizin möhtəşəmliyini bir daha hər kəsin qəlbində yaşadıb.

Chosen
35
50
unikal.az

10Sources