EN

Sərkisyan 44 günlük müharibədən danışdı: Bakı da, Ankara da bilirdi ki...

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“44 günlük müharibənin əsas səbəbi danışıqlar prosesindən ümumi imtina idi. İkincisi isə, müzakirə edənlərin anlaşılmaz təklifi və bunun gedişatın dayandırılmasına yol açması oldu”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan deyib.

“Azərbaycanda müharibəyə başlamaq üçün bir sıra hadisələr yaşandı. Həm onlar, həm də Türkiyə kəşfiyyat orqanları ordumuzdakı mövcud vəziyyəti çox yaxşı bilirdilər. Bakı və Ankara silahlı qüvvələrimizin döyüş qabiliyyətinin xeyli aşağı düşdüyünü görürdülər. Müharibə qaçılmaz deyildi. Lakin belə bir nəticəni 2018-ci ilə qədər proqnozlaşdıra bilmirdik”, – o bildirib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
40
globalinfo.az

1Sources