EN

İcra hakimiyyətinin binasına sərxoş vəziyyətdə girən şəxs həbs edildi

BAKI, 8 noyabr. TELEQRAF

Saatlı Rayon İcra Hakimiyyətinin binasına sərxoş vəziyyətdə girmək istəyən şəxs həbs edilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə noyabrın 6-da baş verib.

1967-ci il təvəllüdlü N. B. həmin gün təxminən saat 15:30-da Saatlı şəhəri H.Əliyev prospektində yerləşən rayon icra hakimiyyətinin inzibati binasının qarşısında içkili vəziyyətdə ünvansız nalayiq söyüşlər söyüb.

Bununla əlaqədar inzibati binasının mühafizəsini təşkil edən mühafizə polisinin əməkdaşı raportla Saatlı Rayon Polis Şöbəsinə müraciət edib.

Bundan sonra həmin şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) mmaddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub.

İş üzrə izahat verən təqsirləndirilən şəxs bildirib ki,

noyabrın 6-da yaşadığı evdə qaz kəsildiyi üçün bununla bağlı icra hakimiyyətinin inzibati binasına gedib: “Orada mənə bildirdilər ki, görüş günü sabahdır. Mən də içkili olduğumdan özümdən asılı olmayaraq söyüş söydüm”.

Saatlı Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 4 gün müddətinə inzibati qaydada həbs edilib.

Chosen
47
6
teleqraf.com

7Sources