EN

Melaniya Tramp "ilin patriotu" mükafatına layiq görüldü

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp "Fox News" telekanalının "ilin patriotu" mükafatının qalibi olub.

Moderator.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, prezidentin xanımı bu mükafatı ikinci müddətə Ağ Evə qayıtdıqdan sonra həm daxili, həm də xarici siyasətdə fəal iştirakına görə alıb. O həmçinin "deepfake" görüntülərin yayımının qadağan edilməsi haqqında qanunun ("Take It Down Act") qəbul edilməsinə və süni intellektin inkişafı üzrə layihələrin yaradılmasına töhfə verib.

Bildirilir ki, Melaniya Trampın səyləri sayəsində himayədar ailələrdə böyüyən gənclərin mənzil alması üçün federal büdcədən 25 milyon dollar maliyyə ayrılıb.

ABŞ-nin birinci xanımının xarici siyasət təşəbbüsləri arasında televiziya kanalı onun ukraynalı və rusiyalı uşaqların ailələrinə qovuşmasına köməklik göstərməsinə xüsusi diqqət yetirib.

Chosen
28
1
moderator.az

2Sources