Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
“SS (Paşinyan Serj Sarkisyanı belə təqdim edib-red.) yenidən danışıqlar sənədlərindən söhbət açıb”.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan sabiq prezident Serj Sarkisyanın açıqlamasında səsləndirdiyi fikirlərə cavabında deyib.
Paşinyan qeyd edib ki, danışıqlar tarixçəsinin 2019-cu ili də əhatə edən əsas materiallarını hazırlayıb: “Hazırda onların hamısının surəti çıxarılır, ilin sonuna qədər aralarına bir neçə publik sənədi əlavə etməklə dərc edəcəyəm”.
Paşinyan Serj Sarkisyanın prezident olanda yazdığı məktubu dərc edəcəyini də vurğulayıb: “Sənin bir məktubunu da dərc edəcəyəm, elə düşünməyəsən ki, səni hesaba almamışam. Oyananda TPL və KP-yə (Paşinyan Levon Ter-Petrosyanı və Robert Koçaryanı belə təqdim edib-red.) də xəbər edərsən”.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.