ain.az, Bizim media portalına istinadən məlumat verir.
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.Bizim.Media xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında paylaşım edib."5 il öncə Qarabağda böyük bir zəfər qazanan azərbaycanlı qardaşlarımızın 8 Noyabr Zəfər Gününü ürəkdən təbrik edir, bütün qardaşlarımıza səmimi salamlarımızı çatdırırıq.
Türkiyə və Azərbaycan əbədi olaraq "Bir millət, iki dövlət" prinsipi ilə bir və bərabər olmağa davam edəcək!", - paylaşımda qeyd olunub.
Nazirlik başqa bir paylaşımda isə Türkiyə komandolarının Bakı küçələrini cəsarət və qardaşlıq sədaları ilə dolduracaqlarını, azərbaycanlı qardaşlarını qürurla salamlayacaqlarını bildirib."Hərbi Hava Qüvvələrimizin döyüş təyyarələri isə Ay-Ulduzun qüdrətini Bakı səmasında əks etdirərək əbədi qardaşlığımızı dünyaya bəyan edəcək", - paylaşımda vurğulanıb.
Selam olsun sana, kardeş Azerbaycan!8 Kasım Zafer Günü'n kutlu olsun!Bugün kahraman komandolarımız, Bakü sokaklarını cesaretin ve kardeşliğin sesiyle inletecek; Azerbaycan Türk'ü kardeşlerimizi gururla selamlayacak.Hava Kuvvetlerimizin muharip uçakları da Ay Yıldız’ın… pic.twitter.com/N78OsYsfPt
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) November 8, 2025
Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.