EN

İllərlə gözlərin yol çəkdi, Şuşa... Ülvi Aydının şeirləri

ain.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az Ülvi Aydının şeirlərini təqdim edir. Şuşa azaddır!

İllərlə gözlərin yol çəkdi, Şuşa,

Bilirdin gələnin olacaq bir gün.

Ürəyin söz ilə dolub daşırdı,

Nəhayət, açıldı qəlbdəki düyün.

Şuşa, azadlığın xalqın sevinci,

Ulu Öndərin də vəsiyyətiydi.

Müzəffər ordunun, Baş Komandanın

Sənə qovuşmaqda fikri qətiydi.

Səni azad etdi mərd övladların,

Səni dirçəldəcək Komandanımız.

Şuşa, illər ilə gözləmişik biz,

Sızlayıb qəlbimiz, yanıb canımız.

Sevindi dağların, güldü düzlərin,

Düşmən tapdağından azad olan gün

Təravət bürüdü təbiətini,

Kədərdən, qüssədən açıldı üzün.

Dəyir mərd ayağı Cıdır düzünə,

Nisgildən qurtarıb Qırx qız yaylağı.

Nura qərq olubdur şadlıq, fərəhdən

Topxana meşəsi, İsa bulağı.

Şuşa, qurtulmusan bədxah nəfəsdən,

Havana qarışır doğma nəfəslər.

Dolur ciyərlərə saf, təmiz havan,

Yenə yetirəcəksən sən şirin səslər.

Komandan söylədi: − “Şuşa azaddır!”

Elə ki, eşitdik sən olmusan hürr,

Rəhbərə, orduya deyib təşəkkür,

Tanrıya eylədik min dəfə şükür.

Şuşa, sən Ülvinin iftixarısan,

İnci, mirvarisən, göz bəbəyisən.

Canda can qalmaz ki, ürək olmasa,

Qarabağ bir candır, sən ürəyisən.Gözün aydın, Azərbaycan!

Bu gün zəfər bayramındır,

Səninkidir bu şöhrət, şan.

Sən bütövsən, müstəqilsən,

Gözün aydın, Azərbaycan!

Övladların sənin üçün

Keçir qandan, keçir candan,

Müşkülləri edir mümkün,

Gözün aydın, Azərbaycan!

Tapdalanmış ədaləti

Bərpa etdi Baş Komandan.

Dünya duydu haqq səsini,

Gözün aydın, Azərbaycan!

Ordu yazdı qırx dörd günə

Yaddaşlara böyük dastan.

Dastan zəfər dastanıdır,

Gözün aydın, Azərbaycan!

Qarabağın hər qarışı

Əzəl gündən, hər bir zaman

Bizimkidir bilsin aləm,

Gözün aydın, Azərbaycan!

Qarabağın şikəstəsi,

Bax, yenə də o tar, kaman

Duyulacaq Qarabağdan,

Gözün aydın, Azərbaycan!

Dalğalanır Qarabağda,

Ucalarda enməz olan

And yerimiz, bayrağımız,

Gözün aydın, Azərbaycan!

Mərd atalar, mərd analar,

Yetiribdir nər, qəhrəman.

Qəhrəmanlar yazıb dastan,

Gözün aydın, Azərbaycan!

Şahnaz Haşımovanın vəziyyəti açıqlandı

Dövlət Mahnı Teatrında musiqili-poeziya xeyriyyə konserti keçirildi

Aktrisa olmaq üçün ərindən boşanan, məscidlərdə mərsiyə deyən Əminə Yusifqızı haqqında maraqlı faktlar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
1
kulis.az

2Sources