EN

Özbəkistan Ekvadorla ÜTT-yə üzvlük danışıqlarını başa çatdırdı

BAKI, 8 noyabr. TELEQRAF

Özbəkistan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesi çərçivəsində Ekvadorla ikitərəfli danışıqları başa çatdırıb.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin ÜTT məsələləri üzrə xüsusi nümayəndəsi Azizbek Urunov bildirib.

Urunov qeyd edib ki, danışıqların başa çatması ilə bağlı protokol noyabrın 6-da imzalanıb.

Qeyd edək ki, bundan əvvəl Özbəkistanın Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesi çərçivəsində Kanada və Panama ilə ikitərəfli danışıqları uğurla başa çatdırdığı açıqlanmışdı.

Chosen
30
teleqraf.com

1Sources