EN

Əlahiddə Ümumqoşun Orduda zabit təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Əlahiddə Ümumqoşun Orduda bir qrup zabitin təkmilləşdirməkursunu müvəffəqiyyətlə bitirərək yeni vəzifələrə təyin olunmasımünasibətilə buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, mərasimdəəvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsiyad edilib, Azərbaycan Respublikasının Dövlət Himnisəsləndirilib.

Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanıgeneral-polkovnik Kərəm Mustafayev zabitləri kursu uğurla başavuraraq yeni vəzifələrə təyin olunmaları, həmçinin qarşıdan gələnDünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramımünasibətilə təbrik edib, hər bir zabitə Vətənimizin müdafiəsindəqüsursuz xidmət arzulayıb.

Mayor Ramid Süleymanov məzunlar adından çıxış edərək kursmüddətində əldə etdikləri bilik və bacarıqları tabelikdə olan şəxsiheyətin döyüş, ictimai-siyasi və mənəvi-psixoloji hazırlıqlarınınartırılmasında tətbiq edəcəklərini bildirib.

Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdimedilib. Kurs birincisi xatirə lövhəsinə buraxılış embleminivurduqdan sonra məzunların tribuna önündən təntənəli keçidiolub.

Sonda xatirə şəkli çəkdirilib.

Əlahiddə
Əlahiddə
Əlahiddə
Chosen
135
15
az.trend.az

10Sources