EN

TDT Baş katibi Azərbaycanın Zəfər Gününü təbrik edib

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubaniçbek Ömüraliyev Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, Baş katib özünün “X” hesabında təbrik mesajı yerləşdirib.

“8 noyabr - Zəfər Günü münasibətilə, 44 günlük Vətən müharibəsi zamanı Şuşanı azad edən və ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqı və Silahlı Qüvvələrinin qəhrəmanlığına və birliyinə iftixarla dərin hörmətimi bildirirəm”, - Ömüraliyev qeyd edib.

Chosen
33
17
ikisahil.az

10Sources