EN

Maştağada iaşə obyektində yanğın olub

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakışəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində iaşəobyektində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, Məlumatla əlaqədar dərhal FHN-in Dövlət YanğındanMühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğın yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdəsöndürülüb.

Yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 140kv.m. olan müxtəlif təyinatlı obyektlərdən sahəsi 20 kv.m. olandönərxana, sahəsi 15 kv.m. olan ət mağazası, sahəsi 25 kv.m. olanparfumeriya mağazasının yanar konstruksiyaları 10 kv.m. və sahəsi80 kv.m. olan fotostudiyanın yanar konstruksiyaları 5 kv.m. sahədəyanıb, lambirdən ibarət tavanı 75 kv.m. sahədə əriyib.

Obyektlərin qalan hissəsi yanğından mühafizə edilib.

Chosen
74
3
az.trend.az

9Sources