EN

Runi “Qarabağ”la oyuna görə onu tənqid etdi

İngiltərə yığmasının sabiq hücumçusu Ueyn Runi Çempionlar Liqasında “Qarabağ”la matçdan (2:2) “zadəganlar”ın baş məşqçisi Enzo Mareskanı tənqid edib.

Publika.az xəbər verir ki, Runi məşqçini həddindən artıq rotasiyaya görə qınayıb. Mareska ona belə cavab verib.

“Dəfələrlə demişəm ki, biz elə bir dövrdə yaşayırıq ki, hər kəs istədiyini deyə bilər. Mən buna hörmət edirəm, amma artıq “Qarabağ”la oyundan sonra dedim ki, kluba gəldiyim vaxtdan oyunçuların rotasiyasına ehtiyacım var və heç kim qalib gəlməyin mümkünsüzlüyündən şikayətlənməyib.

Chosen
75
publika.az

1Sources