EN

"ING" Türkiyədə 2028-ci ilə qədər inflyasiya səviyyəsi ilə bağlı proqnozlarını verib

Bakı. Trend:

Niderlandın "ING" bank qrupu Türkiyədə 2028-ci ilə qədərinflyasiya səviyyəsi ilə bağlı proqnozlarını verib.

Trend bu barədəbank qrupuna istinadən xəbər verir.

"ING" analitiklərinin təxminlərinə görə, 2025-ci ildə Türkiyədəillik inflyasiya səviyyəsi 35,1 faiz, 2026-cı ildə 25,3 faiz təşkiledəcək, 2027-ci ildə isə onun 18,7 faizə qədər azalacağıgözlənilir.

Türkiyənin Statistika İnstitutunun (TurkStat) məlumatlarınagörə, Türkiyədə illik inflyasiya səviyyəsi sentyabr ayında 33,29faiz civarında olub, hərçənd daha əvvəl 32,5 faiz təşkil edəcəyiproqnozlaşdırılırdı. Avqust ayında isə həmin göstərici 32,95 faizcivarında olub.

Bildirilir ki, illik ifadədə qiymətlərin ən çox artımı təhsilsahəsində (66,1%), mənzil sektorunda (51,36%), eləcə də qidaməhsulları və alkoqolsuz içkilər kateqoriyasında (36,06%) qeydəalınıb.

Ən az bahalaşma geyim və ayaqqabı (9,8%), rabitə (23,2%) vəspirtli içkilər ilə tütün məmulatları (24,49%) sahələrində müşahidəolunub.

Məqalədə:
Chosen
53
1
az.trend.az

2Sources