EN

Aygün Kazımova Faiq Ağayevi niyə bloka atıb?

Aygün Kazımova Faiq Ağayevi niyə bloka atıb?Xalq artisti Faiq Ağayev həmkarı Aygün Kazımova ilə bağlı etiraf edib.

BAKU.WS xəbər verir ki, "Xəzər axşamı" verilişinə qonaq olan ifaçı bir müddət əvvəl Aygünün onu bloka atdığını bildirib:

"Aygünlə 38 ildir dostuq, silahdaşıq. Bir dəfə şıltaqlıq edib, məni bloklayıbmış, mənim də xəbərim yox idi.

Biz də Gəncədə konsertdəydik, otaqlarımızın eyvanları üzbəüz idi. Gördüm ki, şirin-şirin məni çağırır, dedim, nə olub?

Axı məni bloka atmısan. Dedi ki, "kim? Mən? Yox, gir bax". Sonradan məni çatdı ki, Aygün bilib ki, qarşılaşacağıq, danışmazdan əvvəl blokdan çıxarıb. Aygünə böyük salamlar, onu çox sevirəm".

Chosen
14
6
big.az

7Sources