EN

Bu ölkə MDB-dən çıxır

BAKI, 8 noyabr. TELEQRAF

Moldova hökuməti MDB çərçivəsində bəzi sazişlərin ləğv olunması ilə bağlı qanun layihələri hazırlayıb.

Teleqraf xəbər verir ki, bu sazişlər viza rejimi, ekologiya, vergi və digər sahələri əhatə edir.

Hökumətin rəsmi saytında qeyd olunan gündəliyə görə, layihələrin noyabrın 12-də Moldova Nazirlər Kabinetinin iclasında təsdiqlənməsi planlaşdırılır.

Söhbət aşağıdakı sazişlərdən gedir:

MDB-yə üzv dövlətlərin vətəndaşlarının sərbəst hərəkəti barədə. (1992).

Kimya və neft-kimya sahəsində əməkdaşlıq (1994).

Sıxılmış təbii qazın nəqliyyat vasitələrinin yanacağı kimi istifadəsi üzrə əməkdaşlıq (1995).

Ekologiya və ətraf mühitin mühafizəsi sahəsində qarşılıqlı fəaliyyət (1992).

Malların (işlərin, xidmətlərin) ixracı və idxalı zamanı dolayı vergilərin tətbiqi prinsipləri barədə (1998).

MDB-də iştirakçı ölkələrinin iqtisadi təşkilatları arasında ödənişlərin yaxşılaşdırılması tədbirləri barədə (1992).

2023-cü ilin fevralında Moldova hökuməti MDB çərçivəsində 282 sazişdən 119-dan çoxunun ləğvini açıqlamışdı. Yaxın gələcəkdə Moldovanın MDB-dən tamamilə çıxacağı gözlənilir. Avropa İttifaqının xarici siyasət qurumunun rəhbəri Kaya Kallas bundan öncə Moldovanın 2030-cu ilədək ittifaqa üzv olacağını bəyan edib.

Chosen
45
teleqraf.com

1Sources